Ölkə

Faiqə Nösreti :Mehman Həsənov əzbərlərini danışmağa və öz dediklərini təkzib etməyə başladı

14-01-2017, 22:06

Xeberman.com saytının verdiyi məlumata görə, 13 yanvar tarixində Fikrət Fərməzoğlunun məhkəmə prosesi olub. Məhkəmə prosesindən sonra Fikrət Fərməzoğlunun həyat yoldaşı Faiqə Nösreti öz facebook səhifəsində məhkəmədə baş verənlərlə bağlı status paylaşıb. Xeberman.com saytı həmin statusu oxuyucularla bölüşür.

Bu gün Fikrət Fərəməzoğlunun məhkəməsi oldu.Məhkəmə saat 16:00-a təyin olsada ,məhkəmə 17:30-da başladı.Mehman Həsənov əzbərlərini danışmağa və öz dediklərini təkzib etməyə başladı. .Keçən məhkəmədə dediklərindən fərqli sözlər dedi.(yalançının hafizəsi olmaz).Bütün saatları məkanları səhv saldı. Çünki savadlı tələbə deyil və əzbərlərinə düz hazırlaşmayıb.Bir nümunəsini keçən iclasda və bu iclasın başlanğıcında dedi. Saat 4:30- da Fikrətin evinə getdik və Fikrət özü notebookunu bizə təqdim etdi .Vəkil Elçin Sadıqovsoruşandakı yaşadığı mənzili təsvir elə. Dedi: Gece qaranlıq idi. Mən evlərini görmədim və mən koridorda durmuşdum.İyunun 30 saat 4:30- da hava qaranlıq olur ki?? Sonra Fikrət sual verəndə dedi: Zala girişdə sağ tərəfdə divanın üzərindən notebooku verdi.Qaranlıq idi və sən koridorda durmuşdun necə gördün? Bizim evimizdə divan evin sol tərəfində yerləşir? daha sonra fikrət bir neçə sual verdi və dedi mən sənin (ailəvi restaranına)gəlmişəmsə niyə səs yazması ya görüntü yoxdu ?dedi mənim obyektimdə muştərilər narahat olur deyə kamera yoxdu, müştərilər narahat olur kamera olanda (normal ailə nə üçün kameradan narahat olsun ki?) telefonum da xarabdı deyə səs yaza bilməmişəm!!!!və bunları deyəndə hakimlər müdaxilə edib ,onu vəziyyətdən çıxarırdılar .Məhkəmənin gec başlamağının səbəbi isə odur ki, hakim görəndə Mehman səfehlir və sərsəm deyir, iclası bağlayır və növbəti vaxtı təyin edir.Yəni uzun sözün qısası özlərin biyabır etməyə davam edirlər . ..yenə bu dəfə zalın ürəyini açmağa və dəfələrlə güldürməyə nail oldular....sağolsunlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]