Xəbərlər / Ölkə

Bakıda çiskin olacaq, yağış yağacaq

14-01-2017, 18:51

Bakıda çiskin olacaq, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Xeberman.com -a verilən məlumata görə, paytaxtda sabah cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, axşam şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]