Gündəm

Orta aylıq əmək haqqı 50 qəpik artıb

13-01-2017, 21:28
Orta aylıq əmək haqqı 50 qəpik artıb2016-cı il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,4 min nəfər olub

Xeberman.com Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2016-cı il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,4 min nəfər olub. Onlardan 889,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,2 faizi təhsil, 19,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz artaraq 494,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 493,8 manat təşkil edib. Beləliklə, 50 qəpiklik bir artım var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]