Texnologiya

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq edəcək

13-01-2017, 03:35
Bu gün "Facebook" şirkəti sosial şəbəkənin jurnalist və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib. Şirkətin bəyanatında deyilir: "Biz məhsullar hazırlamaq üçün xəbər təşkilatları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmli dövrdə məlumatlı oxucu olmaq üçün insanlara gərəkli bilikləri necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik".

Layihənin bəyan edilən istiqamətləri arasında birgə xəbər məhsullarının hazırlanması, həm jurnalistlər, həm də bütün istifadəçilər üçün treninqlər və alətlər yer alıb.

Layihənin istifadəyə verilməsi "Facebook"un saxta xəbərlərlə mübarizə proqramının tərkib hissəsidir.

Xatırladaq ki, yalan xəbərlər probleminə diqqətin artırılmasına səbəb ABŞ-da keçirilən prezident seçkiləri olub. Seçkilər başa çatdıqdan sonra bir çoxları "Facebook"u səsvermənin nəticəsinə təsir göstərən çoxlu yalan xəbərlər yaymaqda təqsirləndirib. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "Kommersant" resursuna istinadən yxəbər verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]