Ölkə

"Odun pulu", "tims pulu" və sinif jurnalına pul yığmağı tələb edir

13-01-2017, 02:18
  "Odun pulu",  "tims pulu" və sinif jurnalına pul yığmağı tələb edirXeberman.com-un poçtuna Cəlilabad r-on Göytəpə şəhər 1 saylı tam orta məktəbinin müəllimi Etiraf Vəliyeva tərəfindən Təhsil Naziri Mikayıl Cabbarova ünvanlanmış məktubun surəti daxil olub. Müəllim məktubda yazır:

Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov 
Cənablarına

Cəlilabad r-on Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Etiraf Vəliyeva 
tərəfindən

 

Açıq məktub !

 

Hörmətli Cənab Nazir , 
Birinci yarım ilin sonuna artıq bir -iki həftə qalıb və bizim məktəbdən  sentyabr ayından bu günkü günə qədər  ünvanınıza yazılmış  saysız-hesabsız məktub və telaqramlara hələdə cavab yoxdur. Məhz bu səbəbdən artıq sizə açıq məktub yazmaq qərarına gəldim.

 Ötən tədris ilinin sonunda  məktəbimizə pedaqoji  təhsili olmayan Natavan Şıxova təyin olunanda kollektivin böyük hissəsi onun səriştəsizliyini əsas gətirərək narazılığını bildirsə də,  rayon təhsil şöbəsinin əməkdaşı bu etiraza məhəl qoymadan  onu təyin etdilər. Sentyabr ayı gələndə isə direktor Natavan Şıxova bizi çağıraraq uşaqlardan "odun pulu",  "tims pulu" və sinif jurnalına pul yığmağı tələb etdi. Biz buna valideyinlərin şikayət edəcəyindən qorxuruq deyib  edə bilməyəcəyimizi desək də , direktor  bizi hədələməy  başladı. Qanunsuzluqla  bağlı bir çox yerlərə  hətta  prokurorluğa , korrupsiyaya qarşı mübarizə idarəsinə də şikayətlər etdik. Cəlilabad rayon prokurorluğundan gələn şəxs  əvvəlcə obyektiv araşdırma aparsada , sonradan nədənsə həmin izahat verən müəllimləri  məktəbə çağıraraq izahatları dəyişməyə məcbur etdilər.  Dövlət qanunlarına inanaraq şikayət etdiyimizə görə direktor  özünə yaxın olan bir iki qadın müəllimi toplayaraq bizi müəllim adına yaraşmayan , etik davranış qaydalarından tamamilə uzaq, əxlaqa zidd ifadələrlə təhqir etdirməyə başladı.  Ona pul vermədiyimizə görə qeyri-qanuni olaraq şikayət edən müəllimlərin əmək haqqından tutdular. İlin ən yaxşı məktəbi olan  məktəbimiz sözün əsl  mənasında xarabalığa çevrilib. Valideynlərdən pul  yığaraq odun -yanacaq alınması bir yana , odunu şagirdə  doğradıb heç  bir təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir . Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür . Şagirdlər üçün ayaqyolu  yoxdur. Toz-torpaq içərisində olan siniflərə şagirdlər pul verməsələr təmizlənmir. Halbuki, dövlət soba yandırmaq üçün  mövsümi  işçi "ocaqçı" və  otuz beş xadiməçi  götürsələrdə onların  iyirmisi məktəbə gəlmir və onların maaş kartları direktorun  cibindədir. Bunu hətta  Natavan Şıxova da dolayısıyla təsdiq edərək bilrimişdi ki, maaş kartları onda yox,  RTŞ müdiri Elminaz Nadirovadadır.  Bir iki sinif istisna olmaqla bütün siniflərdəki  partalar , stol-stullar sınıqdır  və bu üzdən  siniflərdə şagirdlər üç-üç otururlar.  Son iki aydır məktəbdəki siniflrin çoxunda istilik yoxdur . Məktəbdə dərs keçmək və işləmək üçünheç bir şərait qalmamışdır. Tərbiyə işi demək olar aparılmır. Dəhlizdəki səslərdən sinifdə dərs demək olmur .Şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi məktəb direktoru tərəfindən  gizlədilmişdi.Rayon Təhsil rəhbərliyinə edilən şikayətlər isə qulaqardına vurulur.  Məktəbin həmkarlar təşkilatının sədri  müddətli müqavilə ilə işlədiyindən heç bir problemin həllində müəllimlərə kömək etmir. Məktəbdə adı və jurnalı olub özü olmayan siniflər və eyni zamanda müəllimlər var. Bütün bunlardan isə rəsmi qaydada dəfələrlə sizə və hətta prokurorluğa müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür.  Təhsilə , millətin gələcəyinə bu qədər biganə olmaq olmaz axı..

Ümüd edirəm ki, saytlar vasitəilə etdiyim bu müraciətin sizə çatmasının qarşısını ala bilməyəcəklər və siz bu barədə lazımi tədbir görəcəksiniz.

 

Hörmətlə , Vəliyeva Etiraf Vəli qızı


Administratorla əlaqə

077 611-55-22

[email protected]