Dünya

İranda 38 il sonra tarixi hadisə - VİDEO

12-01-2017, 22:17

İranda 38 il sonra tarixi hadisə - VİDEOİranın hava nəqliyyatında bu gün tarixi bir hadisə baş verib.

 Xeberman.com xarici KİV-ə istinadən xəbər verir ki, İranın 1979-cu il inqilabından bu yana aldığı ilk "birinci əl” sərnişin təyyarəsi "Airbus A321” Mihrabad hava lımanına enib.

İran və "5+1” ölkələri arasında imzalanan nüvə razılaşmasından sonra İran Hava Yollarına (İran Air) satılan təyyarənin istehsalçısı Fransadır. 119 yerlik təyyarənin enişi maraqla qarşılanıb.

"Airbus” ilə "İran Air” arasında 10 milyard dollar dəyərində olan müqavilə 2016-cı ilin dekabr ayında imzalanıb. Müqavilə çərçivəsində İrana 100 təyyarənin çatdırılması nəzərdə tutulur. 2017-ci ildə 7-8 "Airbus” təyyarəsi İrana çatdırılacaq.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində ölkə yeni təyyarələr almaqdan məhrum olmuşdu.

"İran Air” sanksiyalar səbəbi ilə bu vaxta kimi 1979-cu ildən əvvəl aldığı təyyarələrdən istifadə edir. Təyyarə donanmasının yenilənməməsi qəza risklərini də artırır. İranda son 38 il içində 200-dən çox təyyarə qəzası baş verib və nəticədə 2 mindən çox insan həyatını itirib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]