Gündəm

SON DƏQİQƏ: Prezidentin kürəkəni güllələndi

12-01-2017, 21:57
SON DƏQİQƏ: Prezidentin kürəkəni güllələndi
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri silahlı insident nəticəsində yaralanıb.


Xeberman.com xəbər verir ki, bu barədə "Rustavi 2” telekanalı xəbər verib.


Məlumata əsasən, M.Qoqoçuri azı bir güllə yarası alıb. Hadisə yerinə polis və kriminalistlər gəlib. Ərazi əhatəyə alınıb. M.Qoqoçurinin xəstəxanaya çatdırıldığı bildirilir. Onun vəziyyəti barədə məlumat verilmir.


Atəşin kim tərəfindən açıldığı məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (apa)

Administratorla əlaqə

077 611-55-22

[email protected]