İqtisadiyyat

“AZƏRSU”NUN QIZIL SAYĞACLARI – 6,5 milyon manat hara xərclənib?

11-01-2017, 01:56

“AZƏRSU”NUN QIZIL SAYĞACLARI – 6,5 milyon manat hara xərclənib?2016-cı ilin sonuna yaxın, dekabrın 30-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə nəhayət ki, "Azərsu” ASC-nin Turan informasiya agentliyinin supaylayıcı şirkətin respublika prezidentinin 29 mart 2016-cı il tarixli əhaliyə su sayğaclarının quraşdırılmasına 12 mln. manat ayrılması haqqında sərəncamının icrası ilə bağlı 30 avqust 2016-cı il tarixli informasiya sorğusuna cavabı gəldi.

"Azərsu” ASC sədrinin müavini cənab Seymur Seyidovun imzaladığı 29 dekabr tarixli cavab natamamdır. İnformasiya sorğusunda verilən yeddi sualdan üçünə cavab verilib.

Tender şərtləri;

Tender qaliblərinə verilən sayğacların qiyməti, çatdırılması müddəti və sayı;

29 mart 2016-cı ilə qədər alınmış sayğacların sayı, növü və qiymətləri;

Bir sayğacın quraşdırılması qiyməti və maya dəyərini formalaşdıran göstəricilər haqqında suallara cavab verilməyib.

Maraqlıdır ki, məktubda qeyd olunur ki, tender haqqında elan 2016-cı il aprelin 5-də "Respublika” qəzetində və "Azərsu”nun saytında dərc olunub. Amma saytda tenderə istinad aktiv deyildi. "Xəbərlər” bölməsində isə tender elan edilməsi və onun nəticələri haqqında heç nə yoxdur.

Amma agentlik 50 min smart-sayğacın alınması və quraşdırılması barədə tenderin elan edildiyini müəyyən etməyə müvəffəq oldu (https://interfax.az/view/669357). Seçim açıq tender metodu ilə həyata keçirilirdi və Bakının Suraxanı, Xəzər və Pirallahı rayonlarında (9 min ədəd, Lot №1); Nizami və Xətai rayonlarında (9 min ədəd, Lot №2); Sabunçu rayonunda və "Bağlar” bağ massivində (9 min ədəd, Lot №3); Azərbaycanın Abşeron rayonunda, Sumqayıt şəhərində və Bakının Qaradağ rayonunda (9 min ədəd, Lot №4); Nəsimi, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonlarında (14 min ədəd, Lot №5) yaşayış evlərində quraşdırılacaq sayğacların tədarükünü ehtiva edən 5 lot üzrə keçirilib.

Sayğacların tədarükü 31 dekabr 2016-cı ilə qədər həyata keçirilməli idi.

Seyidovun məktubunda qeyd olunur ki, beş lot üzrə qaliblər elan olunub: İNŞAAT MMC. Əsil İnşaatçı-R MMC, Anv-İnşaatçı MMC, İnşaatçı Neftçi MMC, Hidro İnşaat servis MMC.

İnternetdə axtarış Anv-İnşaatçı MMC haqqında nəticə vermədi. İNŞAAT MMC adlı 9 şirkət var. İkisi Şirvanda qeydiyyatdan keçib. Azadlıq Radiosunun məlumatına görə, şirkətlərdən birinə "Azərsu” prezidentinin qohumu rəhbərlik edir. Sayğac almaq üçün niyə sayğac istehsalçılarının deyil, bu qeyri-profil təşkilatlarının cəlb edildiyi "Azərsu”ya sual edilir.

Bu yerli şirkətlər vasitəsilə sifariş Gəncə cihazqayırma zavodunda yerləşdirilib. Azərsu qeyd edir ki, mexaniki sayğacların bir ədədi ƏDV daxil olmaqla 30 manata, smart tipli sayğacların bir ədədi ƏDV-siz 110 manata alınacaq. Amma tender məlumatında mexaniki sayğaclar haqqında heç nə deyilmirdi. Bir ədədi 110 manatdan 50 min smart-sayğac tədarükü barədə tender sifarişi olduğunu nəzərə alsaq, belə çıxır ki, tenderin ümumi mənimsənilmiş məbləği 5,5 mln. manat olub. Bəs qalan 6,5 milyon manat hara olub?

Maraqlıdır ki, tenderə dünya sayğac istehsalçıları dəvət olunmayıb.

Turan agentliyinin Rusiya, Çin və qərb istehsalçılarının təkliflərini araşdırması "Azərsu”nun aldığı sayğacların qiymətlərinin açıq-aşkar şişirdildiyini ortaya çıxardı (https://russian.alibaba.com/g/smart-water-meter.html)

(https://www.pulscen.ru/price/080701-schetchiki-vody), (https://www.kipexpert.ru/component/content/article/303.html)

Məsələn, Rusiya istehsalı olan mexaniki sayğacların bir ədədi 7 dollar, qərb analoqları iki dəfə baha, Çin istehsalı olan sayğaclar isə cəmi bir neçə dollardır, amma sonuncular latun və bürüncdən istifadə ilə hazırlanıb və müvafiq keyfiyyət sertifikatları var.

Çin smart-sayğacları 8 dollardan başlayan qiymətlərlə keyfiyyət zəmanəti ilə təklif olunur. Bu, bir ədəd sayğacın qiymətidir. Böyük topdan sifarişlərdə qiymət xeyli aşağı düşür. Qərb analoqları iki dəfə bahadır, amma yenə "Azərsu”nun aldığı qiymətə – 65 dollara (110 manata) çatmır. Yuxarıda qeyd edildiyi kimi, "Azərsu” prezidentin mart sərəncamına qədər sayğacların hansı qiymətə alındığı haqqında suala cavab verməkdən yayınıb. Turan-ın məlumatına görə, onların bir ədədi 200 manatdan (256 dollar), yəni qızıl qiymətinə alınırdı.

2016-cı il mayın 17-də tender qalibləri elan edilərkən dolların məzənnəsi 1 USD = 1,6 manat idi. Yəni prezidentin ayırdığı 12 mln. manat dollarla ifadə edildikdə 7,5 mln. təşkil edirdi. Bu məbləğə 1 milyon Çin smart-sayğacı almaq olardı. Bütün abunəçiləri əhatə etmək üçün təxminən 0,5 mln. sayğac tələb olunur. "Azərsu”nun sürəti ilə bütün abunəçilərin sayğaca keçirilməsinə və milyonlarla büdcə vəsaitinin "mənimsənilməsinə” hələ illər lazımdır. Bu gün abunəçilərin 35%-i normativlərə görə ödəniş edir, bu isə həm istehlakçılar, həm də su tədarükçüsü tərəfindən ciddi sui-istifadələrə yol açır.

2006-cı ildə prezident İlham Əliyev iki il ərzində bütün sayğacların quraşdırılması barədə sərəncam verib. Amma göründüyü kimi, sayğacların quraşdırılması üzrə dövlət proqramı olmasına baxmayaraq, bu tələb yerinə yetirilməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]