Ölkə

Səngəçalda qaz xəttində yenidən yanğın olub

11-01-2017, 01:19
Səngəçalda qaz xəttində yenidən yanğın olub
Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub. "APA-Economics”xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
 Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. "Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.
 
 Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
  
SOCAR hadisənin baş verməsini təsdiqləyib. 
  
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]