Ölkə

Oğlu DTX-da işi araşdırdığı üçün hakim özünə etiraz etdi - Natiq Kərimovun işi

10-01-2017, 13:58
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, dövlətə xəyanət etməkdə təqsirləndirilən hər iki şəxsin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məgkəməsində baş tutub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib.

Hazırlq iclasında hakim Eldar İsmayılov özünə etiraz edib. Hakim bunu yazılı şəkildə əsaslandırıb. Hakim bildirib ki, təqdirləndirilən şəxslərin işi DTX-nın istintaq idarəsində araşdırılarkən həmin istintaq qrupunun üzvlərindən biri onun oğlu Emin İsmayılzadə olub. Eldar İsmayılov deyib ki, belə olan halda qanunvericilik onun bu işə baxmasına icazə vermir. 

E.İsmayılovun bu etirazı tərkibdə olan digər iki hakim tərəfindən müşavirə otağında müzakirə edilib. Hakimlərdən Cavid Hüseynov yekun qərarı elan edib və bildirib ki, E.İsmayılovun etirazı qəbul edilib.

Məhkəməyə növbəti sədrlik edəcək hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev tərəfindən təyin ediləcək. Bu səbəbdən də məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən Natiq Kərimov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirli bilinir.

2015-ci il yanvarın 6-da həbs edilən N.Kərimov barəsində yanvarın 19-da 19-da onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

İnqilab Əhədov da eyni maddə ilə təqsirli bilinərək həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdədir.

İlkin Muradov

Administratorla əlaqə

077 611-55-22

[email protected]