Siyasət

İstefa növbəsi Siyəzənin icra başçısına çatdı - Qaranlıq dosye

9-01-2017, 01:16
Siyəzənin icra başçısı Asif Hüseynov vəzifəsindən kənarlaşdırıla bilər

Bu barədə Politika.Az-a verilən məlumatda qeyd olunub.A.Hüseynovun rəhbər posta gətirilməsinə yeni olsa da, ona olan ümidləri doğrultmayıb. 

Şimal bölgəsinin ən həssas regionlarından olan Siyəzəni idarə etmək o qədər asan iş deyil. Buna görə təcrübəli bir dövlət məmuru olmalıdır. 

Adı hərbi xidmətdən yayınmaqda hallanmış rayon icra hakiminin reputasiyası heç də yaxşı deyil. Rayon əhalisinin də ona münasibəti birmənalı deyil. 

Əhalinin heç bir problemi ilə maraqlanmadığı, Siyəzəndə sosial-iqtisadi problemlərin günü-gündən artdığı, radikal dindarların rayonda hər ötən gün daha da fəallaşdığı bildirilir. 

Mediada yayılan xəbərlərə görə, başçının iki müavini - Zəfər Əliyevlə Təhminə Bəxtiyarova nüfuz savaşına çıxıb. 

Məlumatda bildirilir ki, son dövrlər Təhminə Bəxtiyarova ilə icra başçısı Asif Hüseynov arasındakı münasibətlərin möhkəmlənməsi Zəfər Əliyevi narahat etməyə başlayıb. 

İndi başçı xanım müavininə daha çox güvənir ki, bu da digər müavinin narazılığına səbəb olub. Onlar rayondakı gəlir mənbələrini öz aralarında bölüşdürmək, başçıya daha yaxın olmaq uğrunda mübarizə aparır. 

İcra Hakimiyyətinin "veteran kadrlar" ından sayılan Zəfr Əliyev Asif Hüseynovun gəlişindən sonra nüfuzunu böyük ölçüdə itirib. Bir vaxtlar İcra Hakimiyyətinin əksər yüksək postlarını onun adamları tuturdusa, artıq Təhminə Bəxtiyarova üstünlüyü ələ alıb. 

Politika.Az xəbər verir ki, bütün bu detallar dosye şəklində ölkə rəhbərliyinə təqdim olunub. A.Hüseynovun yerinə daha uğurlu kadr gətirilməsi təklif olunub. 

Maraqlıdır ki, A. Hüseynov Siyəzənə qədər heç bir rayonda eyni vəzifəni icra etməyib. Onun haqqındakı məlumatlarda deyilir ki, Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. 

Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. A.Hüseynov icra başçısı təyin edilənədək SOCAR-ın Sosial İnkişaf İdarəsində çalışıb və burada rəis müavini vəzifəsini tutub. 

Yeni icra başçısının atası da neftçidir. A.Hüseynovun atası Həbib Hüseynov uzun illərdir ki, SOCAR-da işləyir və şirkətdə müxtəlif vəzifələr tutub. Qarşı tərəfi dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]