Tramp Rusiya əleyhdarlarını “maymaq” adlandırdı –O, Rusiya ilə işləyəcəyini bəyan etdi

  • 16:40, 08-yan-2017
  • Dünya
  • 159

Tramp Rusiya əleyhdarlarını “maymaq” adlandırdı –O, Rusiya ilə işləyəcəyini bəyan etdiABŞ prezidenti seçilmiş Donald Tramp şənbə günü yazdığı bir neçə tvitdə Rusiya ilə yaxşı münasibətlərə qarşı çıxanları "axmaq adamlar” və "maymaqlar” adlandırıb.

Tramp vəd edib ki, "Dünyanın bir sıra mühüm məsələlərini həll etmək üçün” Rusiya ilə işləyəcək.

O, bu tvitləri ABŞ kəşfiyyatının hesabatı ilə tanış olduqdan sonra yazıb. Bu hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin seçkini udmaqda Trampa kömək etmək istəyib.

Tramp serverlərinə haker hücumuna görə, demokratların özlərini "böyük səhlənkarlıqda” ittiham edib.

Şənbə günü yazdığı tvitlərdə Tramp bildirir ki, Rusiya ilə yaxşı münasibət "pis şey deyil” və "yalnız axmaq adamlar” və ya maymaqlar bunun "pis bir şey” olduğunu düşünə bilərlər.

O, əlavə edib ki, Rusiya ABŞ-a o prezident olanda daha çox hörmət edəcək.

Bundan əvvəl Donald Tramp ABŞ-ın xüsusi xidmətlərinin pərəstişkarı olduğunu demişdi.



OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz