"Qalatasaray"da təmizləmə işləri gedir: Həmid, Olcan, Ontivero...

  • 13:58, 08-yan-2017
  • İdman
  • 115

Mövsüm fasiləsi zamanı artıq 5 futbolçu ilə yollarını ayıran sarı qırmızılar, daha 2-3 futbolçunun gediş biletini kəsəcək.

Xeberman.com xəbər verir ki, "Qalatasaray"da artıq yan gəlib, yatma dövrü sona çatıb. Rəhbərlik komandaya heç bir töhfəsi olmayan oyunçularla bir-bir vidalaşır. Dövrə arasında indiyə qədər yollarını ayırdığı 5 futbolçu sayəsində 2.1 milyon avro qənaət əldə etməyə nail olan rəhbərlik, daha bir neçə futbolçu ilə yollarını ayıracaq. Artıq çalışmayan, vuruşmayan, komandası üçün tər tökməyən futbolçu ilə davam etmək fikirləri yoxdur.

Mövsüm başında Ümid və Olcanı göndərib, Tarıkı da keçmiş komandası "Eskişehirspor"a icarəyə verən "Cimbom", mövsüm fasiləsi zamanı isə Həmid, Ontivero, Siqthorsson və Cem Qaracanın müqaviləsini qarşılıqlı olaraq ləğv edib, Saleh Dursunu da "Antalya"ya icarəyə verib. FFP meyarları çərçivəsində daha əvvəl 2 milyon avroluq kəsiri olan "Qalatasaray"ın hazırda yeni adlara 4.1 milyon avro maaş ödəmə şansı var.



OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz