Foto Fakt

Fırıldaqçı “din xadimi” Harun Yəhyanın kitabı Nyu-Yorkun mərkəzi meydanında

8-01-2017, 11:44

Fırıldaqçı “din xadimi” Harun Yəhyanın kitabı Nyu-Yorkun mərkəzi meydanındaFırıldaqçı "din xadimi” Adnan Oktarın (Harun Yahya) yeni kitabının "Gəlin birlik olaq” (A call for unity) reklam lövhəsi Nyu-Yorkun mərkəzi - Tayms meydanında nümayiş olunub.

Virtualaz.org xəbər verir ki, müəllifin bu kitabının bilbordu yeni il ərəfəsində bir həftə sərgilənib. Elanda "Sevgi birliyi dünyaya gözəllik və barış gətirir” mesajı da yer alır.

Həmin vaxt ərzində meydandan keçən təxminən 2 milyon insanın bu reklamı izlədiyi ehtimal olunur.

Qeyd edək ki, Türkiyənin "A9” kanalının rəhbəri Adnan Oktar "harunçular” təriqətini yaradaraq islamın təbliğatını islama yenilik gətirməklə və islamı müasirləşdirmək adı ilə yeni qaydalar qoyduğunu bildirib. Təriqətin "kedicik” adlanan qadın üzvləri arasında azərbaycanlı qadınlar da var.

Gülnar


Administratorla əlaqə

077 611-55-22

[email protected]