Foto Fakt

Əsas odur pul osun - Lap beləsi olsun - FOTOLAR

8-01-2017, 10:35

Son bir əsrdə dünya üzrə çap edilən ən maraqlı banknotların siyahısı və adları açıqlanıb. Xüsusilə pul kolleksionerlərinin marağına səbəb olan mənzərə ortaya çıxıb.

Xeberman.com  Publika.az istinadən  xəbər verir ki, ən qəribə banknotu Cənubi Koreya çap edib. Belə ki, koreyalıların gecələr çantalarındakı pulu yaxşı görmələri üçün Mərkəzi Bank əsginazlara işıq verib. Təbii ki, hər bir nominal üzrə işıqlandırma fəqrli olub.

Kanada da özünün maraqlı banknotu ilə tarixə düşüb. Kanadada 2011-2013-cü illərdə yüksək texnologiya ilə bərk plastikdən hazırlanmış əsginazlar dərc edilib. Bu həm valyutanın istifadə müddətini dayanıqlı edib, həm də onun saxtalaşdırılmasını mümkünsüzləşdirib.

Bu arada Kanada həmişə yüksək texnologiyaya sahib olmayıb. Birinci Dünya müharibəsindən sonra yaşanan ağır böhran illərində ölkə pulları taxtadan çap edilib. Həmin illərin əsginazlarına və hazırkı əsginazlara toxunduqda Kanadanın 100 ildə hansı inkişaf yolunu qət etdiyini anlamaq mümkün olur.

Şimali İrlandiya da qəribə banknot çap edən dövlətlər arasına daxildir. 2006-cı ildə ölkə yerli futbol əfsanəsi sayılan Coc Bestanın şərəfinə banknot çap edib. Bu pul vahidi britaniyalıların sevimlisinə çevrilib.

Sırada Almaniyadır. O Almaniya ki, bütün pul kolleksionerlərinin sevimli ölkəsidir. Çünki almanlar əsginaz çapını sənətləşdirən xalqdır. Ölkədə dəfələrlə böhran, devalvasiya, denominasiya baş verib. Bütün bunlar pulun effektiv məzənnəsinə təsir göstərsə də, dizayna bədii yanaşma dəyişməz qalıb. Əsginazların üzərindəki mini-şedevrlərə nəzər saldıqda onları xərcləməyə insanın heyfi gəlir.

Zimbabve isə təkcə banknotları üzərində maraqlı rəsmlər olan ölkə deyil, eyni zamanda, burada pulun inflyasiyası da fantastikdir. Məsələn, 2008-ci il maliyyə böhranından sonra ölkədə 100 trilyon Zimbabve dolları çap edilib.

Konqo Demokratik Respublikasının valyutası bir zamanlar Mayn Ridin "başsız atlı" romanını xatırladırmış. Belə ki, 1997-ci ildə diktator Jozef Mobutun devrilməsindən sonra onun milli valyutanın üzərindəki rəsmi yığışdırılmayıb. Çünki yeni qurulan hökumət əsginaz çapı ilə bağlı əlavə xərclərdən qaçmaq istəyirdi. Buna görə də pulların üzərindən Mobutun başının səliqəli şəkildə kəsilməsinə icazə verdi.

Norveç valyuta çapında yeni ideyalara imza atan ilk dövlətlərdən sayılır. 2017-ci ildə tədavülə buraxılacaq ölkənin banknotlarının üzərində fərqli bədii sitilə üstünlük verilərək dəniz, balıq motivləri işlənib.

Tailand ölçüsünə görə ən böyük banknotları çap edən ölkədir. 1987-ci ildə Tailandda eni və uzunu 16 santimetr olan əsginaz çap edilib.

Macarıstan 1946-cı ildə dünya tarixində ən yüksək nominala malik banknotu çap edib. Bu milyard trilyon pengo olub.

Siyahının sonuncusu Qazaxıstandır. Tenqe orijinallığı ilə seçilən valyuta hesab edilir. Valyutanın bir üzü üfüqi, digər tərəfi şaqulidir.

İqtisadiyyat şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]