İslam

Halal qeybət olurmu?

8-01-2017, 03:01
Halal qeybət olurmu?Altı hal istisna olmaqla qeybət haramdır. Bunlara daxildir:
1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məlzlumun dövlət başçısına, qaziyə və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: "Filankəs mənə zülm etdi" deməsi icazəlidir.
2. Günahı aradan qaldırmaq və üsyankarı yola gətirmək üçün yardım diləmək. Günahı, pisliyi aradan qaldırmaq gücünə mailk olan bir kimsəyə: "Filankəs filan günahı edir. Ona nəsihət et və ya onu bu əməldən çəkindir"- deyilə bilir. Heç şübhəsiz ki, bunu da dedikdə məqsədi pisliyi aradan qaldırmaq olmalıdır. Məqsədi bu olmazsa o, zaman bu davranış haram olur.
3. Fətva istədikdə. Qaziyə: "Atam, qardaşım, qonşum, dostum və s. mənə zülm edir. Bunu etməyə haqları varmı? Onlardan qurtulmaq üçün, zülmlərini dəf etmək üçün əlacım nədir?" deyilə bilər. Hind (Allah ondan razı olsun) bir gün Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gələrək, ərinin malından özü və uşaqları üçün onun xəbəri olmadan xərcləməyin doğru olub-olmadığını soruşur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə cavab verir: "Adətən, sənə bəs edəcək qədər özün də götür, oğlanların da (götürsünlər)!" (əl-Buxari, 2211).
4. Günah və bidət əhli üçün. Milli.Az zikr.az-a istinadən bildirir ki, bir kimsənin (əqidə) fiqhi məsələlri öyrənmək üçün bir bidətçinin və ya fasiq bir kimsənin yanına gedib-gəldiyini, ondan elm aldığını gördükdə (elm tələbəsinə) gözəl nəsihət vermək və bidətçinin yanına elm almağa getməkdən onu çəkindirmək lazımdır. Bu hallda qəsdi yalnız o, kimsəyə xeyirli nəsihət vermək, dinə zərər olduğu üçün o, bidətçinin yanından çəkindirmək olmalıdır. Həsəddən, paxıllıqdan bunu etməməlidir.
5. Tanımaq məqsədilə ləqəbdən istifadə etmək. Topal, sarışın, kor və s. Burada da üç şərtə riayət etmək lazımdır a) Əgər onu başqa adla tanıtmaq mümkün deyilsə. b) Qəsdi qeybət yox tanıtmaq olmalıdır. c) O, şəxs də bu (ləqəbdən) razı olmalıdır.
6. Müsəlmanları şərdən qorumaq üçün onlra bir çox xeyirli nəsihətlər vermək. Evlənmək istədikdə evləndiyin şəxs haqqında məlumat toplamaq, ticarət əlaqələri qurmaq istədiyin kimsə haqqında: "Filan kimsə ilə ticarət əlaqələri qurmaq istəyirəm, necə insandır", "Əmənəti filan kimsəyə əmanət edə bilərəmmi? və s. bu kimi suallarla nəsihət istənilən bir kimsəyə müraciyət edildikdə o, heç bir şeyi gizlətməyərək (soruşulan haqqında) məlumat verməli, nəsihət niyyətilə onun pis sifətlərini söyləməlidir.
Bu halda aşağıdakı dörd şərtə riayət etmək lazımdır:
1. Səmimi qəlblə Allah rizası üçün etməli. Alçaltmaq. gözdən salmaq məqsədilə olmamalıdır.
2. Qeybət etdiyin şəxs o, günahı açıq-aydın etməlidir.
3. Qeybətini etdiyin şəxs sağ olmalıdır.
4. Adil olmalısan, yalnız etdiyini deməlisən (məsələni şişirtmək, böyütmək, əlavələr etmək olmaz).

Administratorla əlaqə

077 611-55-22

[email protected]