Dünya

Netanyahu orduya əxlaqsızlıq gətirmək istədi - Şok iddia

8-01-2017, 02:56
Benyamin Netanyahu baş nazir postunda qalmaq üçün əxlaqi keyfiyyətlərini itirib.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin sabiq Xarici İşlər naziri Tzipi Livni Modi şəhərində çıxışı zamanı deyib.

"Netanyahu Amona yaşayış massivi ilə bağlı qeyri-qanuni prosesləri qanuniləşdirməyə çalışdı. İsrail əsgəri Elor Azaria ilə bağlı məhkəmə işində də qeyri-qanuni yollara baş vurdu. İsrail ordusunda da qeyri-əxlaqi vəziyyət yaratmaq istədi. Netanyahu baş nazirdir, yoxsa oliqarx? Qərar verməlidir”, - Livni bildirib.

Sabiq nazir onu əlavə edib ki, baş nazirlə bağlı aparılan istintaq tədbirləri tez bir zamanda başa çatmalı və qərar verilməlidir.

Qeyd edək ki, Netanyahu rüşvət ittihamı ilə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 2 dəfə dindirilib.

Onun iş adamlarından külli miqdarda rüşvət aldığı iddia edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]