Gündəm

SOCAR-ın yeni daxil olduğu ölkədə üsyan

8-01-2017, 02:28

Fil Dişi Sahilində əməkhaqqı artımı və daha yaxşı yataqxana tələbilə etiraz aksiyası keçirən əsgərlər ölkənin ikinci böyük şəhəri Bouakedada nəzarəti ələ keçirib.
 
"Euronews” xəbər verir ki, Bouake, 2002-də başlayıb 2011-də sona çatan vətəndaş müharibəsi ərzində üsyançıların mərkəzi vəziyyətində idi.

Şəhərə giriş çıxışları əngəlləmək üçün yola barrikadalar quran üsyançılar Birləşmiş Millətlər Təşkilatının əsgərlərilə aparılan danışıqlara baxmayaraq geri addım atmayıb.

Rəsmi mənbələr tərəfindən "qiyamçı əsgərlər” kimi tanınan birliklərin daha 4 şəhərdə  polis gücləri ilə qarşıdurmaya girdiyi bildirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]