Dünya

Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi faktı ilə bağlı 5 nəfər həbs edilib

7-01-2017, 22:36
Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlova sui-qəsdin təhqiqatı çərçivəsində beş nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan 4-ü səfirin qatili Mövlud Mərt Altıntaşın Daxili İşlər Nazirliyi orqanlarındakı iş yoldaşlarıdır.

İzmir Şəhər Respublika Prokurorluğunun məlumatına görə, həbs edilənlər terrorçu Fetullah Gülənin rəhbərlik etdiyi FETÖ-nün tərəfdarlarıdır.

Qeyd edək ki, Andrey Karlov dekabrın 19-da Mövlud Mərt Altıntaş tərəfindən qətlə yetirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]