Foto Fakt

Ermənilər bu foto ilə özlərini biabır etdilər - FOTOLAR

7-01-2017, 21:58
Ermənilər bu foto ilə özlərini biabır etdilər - FOTOLAR
Dünəndən əksər erməni KİV-ləri Azərbaycan Ordusu üzvlərinin Ermənistanla sərhəd Tavuş vilayətinin Çinari kəndindəki erməni postlarına hücum edərək 3 erməni hərbçisi öldürməsini xəbərini tirajlayır. Bu xəbərdən sonra erməni KİV-ləri KTMT-nin baş katibinin məsələ ilə açıqlamasını alaraq Ermənistanın dövlət sərhədini pozulduğunu və KTMT-nin məsələyə qarışmalı olduğunu israrla bildirirlər. Ancaq məsələ göründüyü kimi deyil.
 
Erməni KİV-də yayılmış guya Azərbaycan tərəfinin hücumu zamanı vurulmuş əsgərimizin meyitnin paylaşılan fotosu hər şeyi üzə çıxarır. Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyi kimi düşmən hücumunu dəf edərkən itkin düşən Çingiz Qurbanovun meyitinin şəklində onun sol əlində çörək parçasının olduğu aydın görünür. Çox güman ki, ermənilər xislətlərinə uyğun olaraq əsgər postda çörək yeyərkən qəflətən ona hücum çəkiblər. Yəni hücumu bizim əsgərlər yox məhz ermənilər özləri edib. Üstəlik fotodakı əsgərin geyimi də onun postda olarkən geydiyi formada olduğunu sübut edir. Kəşfiyyata gedən əsgərin forması fərqli olur, yəni onun başında dəbilqə, geyimində avtomat darağını qoymaq üçün xüsusi cibliklər və düşmənin arxasına keçmək üçün digər vasitələr olmalıdır. Bunlar da təbii ki, yoxdur. Sadə bir səbəbə görə. Bizim əsgərlər deyil, erməni əsgərləri bizim posta hücum ediblər. O, ki qaldı Ermənistanın üzv olduğu KTMT-yə ciddi cəhdlə öz sərhədlərinin pozulmasını göstərmək cəhdinə. Ermənistanın deyil, əksinə bizim dövlət sərhədimiz pozulub. 24 ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı işğal etməklə Azərbaycanın dövlət sərhədini kobud şəkildə pozub və bu hər gün davam edir. İndi isə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəni diqqətinizə çatdırırıq, həqiqət budur: 
 
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
 
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
 
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
 
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
 
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək. 

 

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]