Elm

Azərbaycan Dövlət Pedaqoji Kolleci narazılıq ünvanına çevrilib... - Rüşvət məsələsi...

24-12-2015, 12:50
Redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Nurlana Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecin fəaliyyətinin son vaxtlar ölkə mətbuatında tez-tez ictimai müzakirələrə çıxarılmasının da yeganə səbəbi, məhz kollecin rəhbərliyi tərəfindən burada bir çox özbaşınalıqlara rəvac verilməsidir. Qeyd edək ki, hazırda kollecdə ibtidai sinif müəllimi, əmək hazırlığı və texnologiya, xarici dil, ailə və ev təhsili, təsviri incəsənət və rəsmxətt, ilkin hərbi və fiziki hazırlıq, informatika, qeyri-azərbaycan məktəblərində Azərbaycan dili müəllimi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ölkənin ən qocaman təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Kolleci mövcud olduğu illər ərzində xalqın maariflənməsi işinə öz gözəl tövhələrini vermişdir. Kollec fəaliyyət göstərdiyi müdətdə on minlərlə müəllim yetişdirmişdir. Lakin əldə etdiyimiz məlumatlara görə, hazırda bu kollecin ötən dövrlərdə əldə etdiyi uğurları təkrarlamağa heç bir potensialı qalmayıb. Açıqlamalarda vurğulanır ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunur. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava öz gərginliyi ilə diqqəti cəlb edir. 

Yeri gəlmişkən, elə dünən redaksiyamıza daxil olan yeni məlumatda da kollecdə artıq növbəti qış sessiya imtahanları üçün pul yığımına start verildiyi bildirilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd olunduğu kimi, bir çox mütəxəssislərin fikrinə görə, kollec bu gün öz əsas funksiyasını layiqincə yerinə yetirərək, ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlaya bilmir. Buna səbəb kimi isə yenə də kollecin direktoru Nurlana Əliyevanın öz işində yol verdiyi bir sıra nöqsanlar göstərilir. Həmçinin açıqlamalarda bildirilir ki, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq "xərci” 100 manatdır. Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 250-300 manat, oxumayanlar üçün 350-400 manatdır. Bundan başqa da, məlumatlarda bildirilir ki, Nurlana xanımın davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını "uğurla” başa vurmaq üçün 400 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat dəyərində müəyyənləşdirilib. Xatırladaq ki, bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması ilə bağlı məsələyə də baxılmışdır. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Lakin bu məsələnin TN-də hətta bir deyil, iki dəfə müzakirə olunmasına baxmayaraq, hər dəfə müəyyən şəxslər müvafiq qərarın qəbul olunmasına müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə biliblər...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]