Kriminal

İraq Hava Yollarının Bakı ofisinin əməkdaşı iş yerində qətlə yetirilib

7-01-2017, 16:29
Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.
Orta yaşlı naməlum şəxs ofisdə işləyən şəxsin baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]