Xəbərlər / Dünya

Səudiyyə qadın hüquqları videosu izlənmə rekordları qırır - VİDEO

7-01-2017, 11:58

Səudiyyə qadın hüquqları videosu izlənmə rekordları qırır - VİDEOOxu.Az BBC-yə istinadən xəbər verir ki, "Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərilir.

"8ies” media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu üç milyondan çox insan izləyib.

Mahnının sözlərində "təki Allah bizi kişilərdən xilas etsin” ifadələri var.

Video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.

Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]