Kriminal

Bakıda ərəblər qarət edildi

6-01-2017, 17:06
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 4-də Səbail rayonunun Neftçilər prospektindəki hotellərdən birində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Abdullah İbrahim Əlzaidin yaşadığı otaqdan geyim əşyaları, Muhammed Muammar Abdullahın yaşadığı otaqdan isə 1500 avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanıb.
 
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]