Dünya

380 iş adamı Gülənə pul verirmiş

6-01-2017, 00:00
İstanbul Prokurorluğu FETÖ istintaqı çərçivəsində bəzi iş adamlarının təşkilata maliyyə yardımı etdiyini müəyyənləşdirib.

Xeberman Axar.az-a istinadən xəbər verir ki, bu məqsədlə 380 biznesmen barəsində axtarış elan olunub.

Prokurorluğun təlimatı ilə hərəkətə keçən polis qüvvələri 35 vilayətdə axtarışa başlayıb. Şübhəli şxəslərdən 110 nəfərin ölkədə olmadığı aydınlaşıb.

Bu arada Türkiyənin məşhur "Doğan Holdinq” şirkətinin baş hüquq müşaviri Erem Turqut Yücəl və şirkətin keçmiş rəhbərləri Yəhya Üzdiyen İstanbulda həbs ediliblər. Bundan əvvəl isə ötən ilin dekabrında şirkətin Ankara nümayəndəliyinin rəhbəri Barbaros Muradoğlu həbs edilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]