Müsahibə

“Gələn dəfə tamam soyunarsan, bizimkilər görməmişdi”

5-01-2017, 22:57

Nadir Qafarzadə Yeni il gecəsi Bakıda konsert verən Hadisənin geyimini tənqid edib.

Müğənni türkiyəli həmkarını xaric oxumaqda ittiham edib.

Nadir bildirib ki, insanlarda abır-həya deyilən bir şey qalmayıb:

"Bizimkilərin əksəriyyəti də ölürlər, elə bil ayaq görməyiblər. Bu da bilir ki, sənəti yoxdur, Azərbaycanda ancaq soyunmaqla tutuzdura bilər. Heç olmasa, canlı oxuma, ay xaric.

Gələn dəfə gələndə tamam soyunarsan, onsuz da bizimkilərin çoxu görməmişdilər. Bizdə abır-həya deyilən bir şey qalmayıb. Onsuz da hamı yola verir, sən də məqamdı istifadə et. Bir də əcəb edirsən, kef elə”. (qafqazinfo)

*

*

Administratorla əlaqə

077 611-55-22

[email protected]