Texnologiya

Ərəb şeyx: "Sosial şəbəkədə foto yaysanız, xərçəngə tutulacaqsınız" - VİDEO

5-01-2017, 16:38
Ərəb şeyx: "Sosial şəbəkədə foto yaysanız, xərçəngə tutulacaqsınız" - VİDEO

Sosial şəbəkələr indi çox populyardır. Belə şəbəkələrdə qeydiyyatdan keçməyənlərin sayı azdır. Lakin sosial şəbəkələr bəladır.

Milli.Az MEMRİ-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanında populyar din xadimlərindən biri, şeyx Səad əl Ətiq "Səudi Əhvaz" telekanalında çıxış edərkən belə deyib.

"Üzümü tuturam valideynlərə! Sosial şəbəkələrdə fotolarınızı, xüsusilə də övladlarınızla olan fotoşəkillərinizi paylaşmaqdan çəkinin. Övladlarınızın fotosunu sosial şəbəkədəki profilə yerləşdirsəniz, risk edəcəksiniz. O fotoya baxanların kim olduğunu bilmirsiniz. Övladınız gözə gələ bilər, neqativ enerjinin hədəfinə çevrilər. Hətta ən ağır xəstəliklərə, məsələn, xərçəng xəstəliyinə tutula bilər. Sosial şəbəkələrə aludə olaraq ailənizi, övladlarınızı riskə atmayın".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ərəb şeyx:

Administratorla əlaqə

077 611-55-22

[email protected]