Dünya

“Reina” terrorçusu Hollandiya polisini də ayağa qaldırdı

5-01-2017, 16:06
İstanbulda gecə klubuna silahlı basqın edərək 39 nəfərin ölümünə səbəb olan terrorçunun Hollandiyada bir ticarət mərkəzində göründüyü barədə polisə məlumat daxil olub. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Milliyet.com saytı yazıb. Məlumata görə, terrorçunun ticarət mərkəzində olduğu barədə xəbəri alan Hollandiya polisi dərhal hərəkətə keçib. Vertolyotların havadan dəstək verdiyi əməliyyatda ticarət mərkəzinin bütün çıxış qapıları tutulub və şübhəli saxlanılıb. 

Lakin şübhəlinin İstanbuldakı terroru həyata keçirən şəxs olmadığı üzə çıxıb. Saxlanılan şəxs bundan sonra sərbəst buraxılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]