Gündəm

Azərbaycanda daha bir OLİMPİADA KEÇİRİLƏCƏK

4-01-2017, 23:09
Azərbaycanda daha bir OLİMPİADA KEÇİRİLƏCƏK

2019-cu ildə Azərbaycanda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək.

 

Xeberman.com xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov beynəlxalq olimpiadanın ADA Universitetinin bazasında reallaşacağını bildirib. Nazir qeyd edib ki, bu yaxınlarda Beynəlxalq İnformatika Olimpiadasının rəhbərliyi ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub: "Azərbaycan məktəblərində müasir proqramlaşdırmaya dair informatika məzmununun yaradılmasına və yeni məzmunun tədrisi, müəllimlərin hazırlanması üçün proqramın hazırlanması razılaşdırılıb. Əminik ki, Beynəlxalq İnformatika Olimpiadasından bizə qalan mirası təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi olacaq. Bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri də informatika kursunun məzmununun müasirləşdirilməsidir. Bu, çox böyük və vacib mövzudur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]