Ölkə

Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı – Rəsmi açıqlama

4-01-2017, 22:39
Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı – Rəsmi açıqlama

Ötən gün Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı.

Xeberman.com hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verib.

S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib:

 

"Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib.

Həmin insanın Azərbaycanda olması ehtimal edildiyindən onlar tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir daha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyyatlı olsunlar”.

Bizimxeber.az 

Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı - Rəsmi açıqlama
Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı - Rəsmi açıqlama

Administratorla əlaqə

077 611-55-22

[email protected]