Natiq Axund Türkiyədə barda baş verən terrordan yazıb

  • 16:49, 04-yan-2017
  • Gündəm / Analitika
  • 538

Natiq Axund Türkiyədə barda baş verən terrordan  yazıbXeberman.com-un verdiyi məlumata görə, tanınmış rejisor Natiq Axund Türkiyədə barda baş verən terrordan öz facebook səhifəsindən yazıb . Xeberman.com saytı olaraq Natiq Axundun yazısını oxuyuculara təqdim edirik.

"Onsuz da barda ölənlər günah əhli idilər." Çox təəsüf edirəm bu yanaşmaya... Türkiyədə baş vərən hadisədə terrorçu da günahkar, terrora tuş gələnlər də!!! və s. fikirləri səsləndirənlərə... Bu gün terrorun dünyada belə əl-qol açıb, geniş vüsət tapdığı zamanda deyim ki, bir tərəfdən də belə statusların, bu cür yanaşmaların baş verməsi, sizi bilmirəm, məndə çox maraqlı və qəribə təsir qoydu. Təbii ki, hər bir halda yalniz öldürən qınanılmalı nəinki, bununla paralel terrora tuş gələnlər müzakirə obyektinə çevrilməli! Hamımıza məlumdur ki, bu gün bu işləri törədənlər üçün çox güman ki, barın-restoranın, məktəblə, baxçayla, Məscidlə də elə bir fərqi yoxdur... Sabah digər məkanlara da cürət edə bilərlər, necə ki, dəfələrlə şahidi olmuşuq... və məncə heç kəs də tam əminliklə deyə bilməz ki, orda ölənlərin hamısı keyf əhli idi, bir nefer də olsun, içlərində hidayətə layiq şəxs yox idi... Şəhidlik məqamı elbette ki, bu başqa məsələ, başqa mövzudur... Lakin etiraf edək ki, şəxsən hər bir iman əhlinin, ölümünə çox təəsüflənə biləcəyi cahil, nadan qohumlarla əhatə olunması da danılmazdır. Hər bir halda ölənlərə Allahdan bağışlanmaq, yaxınlarına səbr, bu işi törətməklə Allahın qəzavu-qədər işinə qarışanların işə cəzasız qalmamasını diləyirik... Bu gedişlə sabah heç bir kəs həyat rahatlığına qarant ola bilməz!

 




OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz