Texnologiya

“Facebook” XVI əsrin heykəlinə aid fotoya senzura qoyub

4-01-2017, 15:17
“Facebook” XVI əsrin heykəlinə aid fotoya senzura qoyub

"Facebook” sosial şəbəkəsi İtaliyanın Bolonya şəhərinin rəmzi sayılan "Neptun” heykəlinin şəklini həddindən artıq açıq-saçıq hesab edərək ona qadağa qoyub.

Xeberman.com "Report”-a istinadən xəbər verir ki, bu barədə "The Guardian” yazıb.

Bürünc heykəl 1560-cı ildə Roma papası IV Piyanın sifarişi ilə heykəltəraş Cambolonya tərəfindən hazırlanıb. O, dörd əsrdən artıqdır ki, Bolonya şəhərinin mərkəzi meydanlarından birinin fontanını bəzəyir.

Heykəlin fotosu sənətşünas Eliza Barbari tərəfindən paylaşılıb, lakin sosial şəbəkə şəkildə seksual məna taparaq onu səhifədən silib.

Etiraz dalğasından sonra sosial şəbəkə nümayəndəsi səhvini etiraf edərək üzr istəyib. Eliza Barbari sonda həmin heykəli öz səhifəsində "Neptuna hə, senzuraya yox!” altyazısı ilə yenidən paylaşıb.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]