Kriminal

Turanı arvadının sevgilisi bıçaqladı: Arvadı evdən qaçıbmış

3-01-2017, 22:40
Turanı arvadının sevgilisi bıçaqladı: Arvadı evdən qaçıbmış

Türkiyənin Nazilli rayonunda çörəkçi olan, ailəli və 2 uşaq atası Turan A.-nı evdən qaçan həyat yoldaşının sevgilisi bıçaqlayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə yerinə çağırılan təcili yardım briqadasının köməyilə xəstəxanaya çatdırılan Turan A. ölümdən dönüb. Polis qrupları hadisənin intihar olduğu istiqamətində istintaq apardıqları sırada xəstəxanada müalicə alan Turan A.-nın ilk ifadəsi həqiqəti ortaya çıxarıb. Turan D. adlı bir şəxsin onu bıçaqladığını və həmin an onun yanında 10 il boyunca eyni yastığa baş qoyduğu arvadının da olduğunu söyləyən bəxtsiz kişi yaşananların xəyanət olduğunu deyib.

2 uşaq atası Turan A. arvadı Sultan A.-nın 1 ay əvvəl evdən qaçdığını deyib. Gedərkən Turanın uşaqlarının gələcəyi üçün qəpik-qəpik yığdığı pulları da özüylə aparan qadınla bir daha əlaqə saxlaya bilmədiyini ifadəsinə əlavə edib. Evdəki pulları apardığı üçün polisə gedən Turan A. arvadından şikayətçi olub. Şikayəti geri çəkməsi üçün Turan A. arvadının sevgilisi tərəfindən təzyiq və təhdidə məruz qalıb. Uşaqları və ərini tərk edən Sultan A. sevgilisiylə keçən gecə plan quraraq Güzelköydəki iş yerinə getmək üçün evdən çıxan Turan A.-nı təqib etməyə başlayıblar. Avtobus gözlədiyi vaxt arvadının sevgilisi hücum edib, onu təhdid edərək şikayətini geri götürməsini istəsə də, Turan A. buna etiraz edib. Həmin an iki uşaq atasını bıçaqlayan şəxs sevgilisi ilə hadisə yerini tərk edib.

Hadisəylə əlaqədar istintaq başladılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]