Texnologiya

KİV-də adı daha çox çəkilən sosial şəbəkələr HANSILARDIR?

3-01-2017, 20:53
KİV-də adı daha çox çəkilən sosial şəbəkələr HANSILARDIR?2016-cı ildə Rusiya kütləvi informasiya vasitələrində daha çox "Facebook” sosial şəbəkəsinin adı çəkilib.

İKT.lent.az-ın "İnterfax” agentliyinə istinadən məlumatına görə, ikinci yeri "VKontakte”, üçüncü yeri isə "Twitter” tutub.

Rusiya KİV-ləri "Facebook”un adını 559 min dəfə çəkiblər. 2015-ci ildə bu rəqəm 430 min təşkil edib. "VKontakte”nin adı 2015-ci ildəki 330 min dəfəyə nisbətdə 528 min dəfə çəkilib. "Twitter”in adı isə 2015-ci ildə 410 min dəfə çəkilsə də, bu il 479 min dəfə səsləndirilib. Bu barədə "SKAN-İnterfax” media təhlilin sisteminin məlumatlarında deyilir.  

Beləliklə, "VKontakte” və "Twitter” yeni reytinqdə yerlərini dəyişib.

Dördüncü yeri "Instagram” tutur və onun adı mətbuatda 221 min dəfə çəkilib. Beşinci yerdə "YouTube” durur. Videohostinqin adı bir ildə mətbuatda 214 min dəfə çəkilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]