Dünya

Dini liderə qarşı sui-qəsd

3-01-2017, 15:09
Dünən Bağdadda baş vermiş terakt zamanı yaralananlar arasında İraq müftisi Şeyx Mehdi Sumeydai də olub.

Xeberman.com xəbər verir ki, bu barədə informasiyanı Livanın "Əl Manar” telekanalı özünün etibarlı mənbələrinə istinadən yayıb. Televiziya hazırda şeyxin həyatına heç bir təhdidin olmadığını söyləyib.

Qeyd edək ki, dünən Bağdadın qərbində baş verən partlayış zamanı 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu partlayışla yanaşı Bağdadda şiələrin də yaşadığı bölgədə terakt olub. Nəticədə 30 dinc sakin qətlə yetirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]