İqtisadiyyat

Azərbaycan turizm şirkətlərinin yaşadığı böhranın səbəbləri

3-01-2017, 00:05
Azərbaycanın turizm şirkətləri çətin dövrlərini yaşayırlar. Milli valyutanın zəifləməsi, əhalinin gəlirlərinin azalması və ölkədən kənara səfər edənlərin yoxluğundan turoperatorlar böyük ziyan çəkir və ya bu onların fəaliyyətni tamamilə məhv edir.

Bu aydın məsələdir. Əvvəl əhalinin heç də böyük hissəsi xaricə istirahətə getmirdi, indi isə o uzaq ölkələrə səfər edənlərin sayı bir qədər də azalıb. Səbəbi isə xaricdə istirahətin dəyərinin azərbaycanlılar üçün ötən ilin qiymətləri ilə müqayisədə 50-80% artmasıdır.

Ölkənin Turizm Assosiasiyasının sədri Nahid Bağırov iddia edir ki, hazırda xarici turizm səyahətlərinə tələbat 30-40% azalıb. N.Bağırov həmçinin bildirir ki, bir çox şirkətlər faktiki olaraq öz fəaliyyətlərini dayandırıblar.


"Hələ ki, bazar son bir neçə ildə qazandıqlarının hesabına yaşayır. Hələlik, düzdür, turistlərin bir hissəsi səyahət etməyə davam edir, çünki onlar xaricdə dincəlməyə öyrəşiblər", – deyə o qeyd edir.

Amma dərialtı piylə uzağa getmək mümkün olmayacaq. Əgər valyuta məzənnəsi və qiymətlərin artmasıyla bağlı vəziyyət dəyişməyəsə, səyahət firmalarının sırası 30%-dən çox seyrələcək.

"İnsanlar səyahət üçün ölkədə valyuta tapa bilmirlər, buna görə də, xarici turizm nəhəng zərərlərə dözür. Demək olar ki, Yeni ildə artıq ənənəyə çevrilmiş Praqaya, Parisə, Stokholma kütləvi səyahətlər artıq yoxdur. Buna görə də, bütün yüklənmə daxili turizmin üzərinə düşür ki, biz burada yüksəlişin şahidi oluruq", - Bağırov qeyd edir ki, bu indiki acınacaqlı vəziyyətdə yeganə müsbət cəhətdir.

Razılaşaq ki, hazırda yaranmış vəziyyətlə bağlı ən böyük çətinlik xaricə səyahətlər təşkil edən turoperatorlar və Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür.

"Əsas valyutaların məzənnəsinin artması ilə əlaqədar xaricdə istirahət kifayət qədər bahalı olub, ölkədən xaricə turizm səyahətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Və əlbəttə, indiki vəziyyətdə yalnız o şirkətlər qalacaq ki, onlar öz işlərini optimallaşdıra, etibarlılığı və sabitliyi sübut edə bilirlər", – deyə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətiylə əlaqələrə şöbəsinin rəhbəri Vuqar Şixməmmədov deyir.


Artıq son illər, xüsusən yay aylarında Azərbaycandan kütləvi turist axının olduğu qonşu Gürcüstan da əlçatmaz turizm məkanına çevrilib. Bizim əksər vətəndaşlarımız bu ölkənin dağ xizək kurortlarına səfər edirdilər. Amma indi Gürcüstanın turizm zonalarına səfər edən azərbaycanlıların, xüsusən də Yeni ildə Bakuriani və Qudauriyə kütləvi axın edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Və bu Gürcüstanın səyahət sənayesinə əhəmiyyətli zərbədir. Belə ki, qonşu ölkənin ənənəvi qış kurortlarında turistlərin 80-90%-i Azərbaycan vətəndaşları idilər və kiçik ailə mehmanxanaları, əsasən, bizim ölkəmizin ziyarətçilərdən asılı idi.

"Azərbaycanlılar bizim əsas müştərimiz idilər, amma indi onların axını azalıb. Həmçinin yerli turistlərin sayı da azalıb. Azərbaycanlılar iqtisadi çətinliklərə görə əvvəlki kimi gəlmirlər. Ölkədə manatın devalvasiyasına görə gəlirlər kəskin azalıb və indi onlarda bu cür səfərlər üçün pul yoxdur", - Bakuriani kurort şəhərinin administrasiyasında bildirirlər.

Amma bizim vətəndaşlarımız xaricdə alternativ istirahət tapmaq üçün ruhdan düşmürlər. Prinsip etibarilə, Şahdağ və Qəbələdə Azərbaycan qış kompleksləri Bakurianidən əsla pis olmayan – inkişaf etmiş infrastrukturdur və tamamilə Avropa səviyyəsidir. Bu mehmanxanalara və dağ xizək tikintilərinə aiddir. Dolların məzənnəsinin artmasından sonra azərbaycanlılara praktik olaraq evdə dincəlmək iki dəfə daha əlverişlidir.

Ekspertlərin proqnozlaşdırdıqları kimi, bundan sonra da daxili turizm axını öz inkişafında davam edəcək - bizim vətəndaşlarımız istirahətə öz doğma yurdlarına üstünlük verəcəklər.

"Ən yaxın perspektivdə dollarla və avroyla bağlı manatın məzənnəsinin əhəmiyyətli dərəcədə artmasını gözləmək çətindir. Buna görə daxili turizm böyük templərlə artacaq”, - N.Bağırov proqnozlaşdırır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]