Siyasət
Baş nazir korrupsiyada şübhəli bilinir
2-01-2017, 21:09
İsrail polisi yaxın 3 gündə İsrailin baş naziri Benjamin Netenyahunu korrupsiya şübhələri ilə əlaqədər dindirəcək,Xeberman.com "Haaretz” qəzetinə istinadən xəbər verir. Dindirilmə baş nazirin rezidensiyasında baş tutacaq.
Netenyahu və onun ailə üzvləri biznesmenlərdən 100 min şekel dəyərində olan hədiyyələr almaqda şübhəli bilinir. Polis artıq ölkə daxilində və xaricindəki şahidləri dindirib. Onlardan biri baş nazirin köhnə dostu sahibkar Ron Lauderdir. Onun ifadəsi istintaqın gedişinə böyük kömək edib. O, təsdiq edib ki, Netenyahuya çoxlu hədiyyələr verib, onun oğlu Yairanın xaricə səfərinə sponsorluq edib. Netenyahu ittihamları rədd edir.