Dünya

Ruhani ölkəsinin üç hədəfini açıqladı

2-01-2017, 20:47
Xeberman.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.

Bölgədəki problemlərin diplomatik yolla həll ediləcəyini deyən Ruhani "Davamlı olaraq Suriya, Rusiya və Türkiyə ilə təmasdayıq", - söyləyib.

İran, Rusiya və Türkiyə arasında Moskvada keçirilən üçtərəfli görüşə toxunan İran lideri üç ölkənin bu görüşdə müsbət addımlar atdıldığını, Astana danışıqlarının uğurla keçməsinə ümid etdiklərini qeyd edib.

Təhlükəsizlik məsələsində İranın bölgədəki əsas hədəflərinin üç maddə üzərində qurulduğunu bildirib:

"Regionda sabitlik və təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə və coğrafi sərhədlərin dəyişməməsi".

Administratorla əlaqə

077 611-55-22

[email protected]