Müsahibə

İqor Muradyan: Rusiya Ermənistanı satır və Azərbaycanı müharibəyə hazırlayır

2-01-2017, 20:42
Ermənistanın analitik yazarlarından İqor Muradyan "Rusiya və Ermənistanın anti-NATO siyasəti” adlı yazısında Moskvanın Ermənistana qarşı satqınçılıq və düşmən siyasəti həyata keçridiyini iddia edib.

Əlbəttə ki, real vəziyyətin tam əksinə olduğu hər kəsə aydındır. Bu gün bir çox erməni təhlilçilərinin də etiraf etdiyi kimi Moskva olmasza Ermənistanın Azərbaycan qarşısında hansı hallara düşəcəyini təxmin etmək o qədər də çətin deyil.

Bununla belə regionda Moskvanın nökəri statusundan başqa ad qazanmayan bir dövlətdə dərc edilən analitik yazıda səslənən bu tip fikirlər Azərbaycan oxucularında da maraq doğura bilər.

Həmin yazıdan bəzi hissələri təqdim edirik.

"Rusiya Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə Ermənistan əleyhinə müharibə hazırlayır. Rusiya Cənubi Qafqazı itirmək üzrə olduğu üçün indi döyüşlərin başlanmasından ötrü hansı addımları atacağını fikrirləşir.

Aprel müharibəsi bunun üçün böyük təcrübə oldu. Rusiya başa düşdü ki, xain roluna rəğmən Ermənistan onun orbitində qalmaqda davam edəcək.

Ermənistanda hətta, ən həqiqi vətənpərvərlər də Rusiyaya qarşı illüziya bəsləməkdə davam edirlər. Erməni politoloqları və ekspertlər Rusiyanın satqın siyasətini tərifləməkdən yorulmurlar. Silahlı Qüvvələrdə isə Moskvaya nifrət edənlərin sayı çoxdur.

Aprel döyüşlərindən sonra ruslar ermənilərin Rusiyaya qarşı münasibətlərinə düzəlişlər gətirməyə çalışsalar da bu onlara qarşı inamsızlığı və nifrəti daha da artırır. Ermənistan ərazisinə yerləşdirilən "İsgəndər” raketləri isə İrəvanın Moskvadan vassallığını daha da artmasına xidmət edib.

Əlbəttə hədəf nə Ermənistandır, nə də Azərbaycan. Məqsəd NATO-nu bölgəyə buraxmamaqdır...”.

"Rusiyanın xarici siyasəti daha çox xarici təhdidlərə reaksiya göstərməkdən ibarətdir. Bu Rusiya kimi nəhəng bir dövləti MDB-nin digər ölkələrindən fərqli etmir. Belə olan halda Rusiyanın siyasəti sistemli və ardıcıl xarakterə malik ola bilməz.

Elə Rusiyanın Qarabağ problemi ilə bağlı münaqişə edən tərəflərə 2008-ci ilin payızında təqdim etdiyi layihə də onun regionlarla bağlı siyasət həyata keçirə bilməyən və regional problemləri həll etməyə qadir olmayan dövlət olduğunu bir daha ortaya qoydu.

Bu Rusiyanın Türkiyə ilə bağlı siyasətində də özünü göstərir.

 Lakin Türkiyə ilə münasibətlər yalnız qaşrılıqlı güzəştlər rejimində qurula bilər ki, bu da Ermənistanın dərin milli maraqlarının satılması perspektivini özü ilə  bərabər gətirir.

Bununla bərabər Rusiya Azərbaycana müasir silahların tədarükünü həyata keçirməkdə də davam edir. Moskva bunu regionda Azərbaycan və Ermənistan arasında qüvvələr balansını qorumaq istəyi ilə izah etsə də, əslində regionda olduqca şübhəli kommersiya maraqlarını güdür. Azərbaycanla bağlı münasibətlərdə isə Rusiya kommersiya və siyasi məqsədlərini uzlaşdırmağa çalışsa da indiki şərtlərdə bu qeyri-mümkün görünür.

Müəllif bu konteksdə ABŞ-ın regionda rolunun güclənməsi perspektivinə də toxunub:

"Əgər ABŞ-ın  Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyada iştirakı güclənmək planı reallaşsa , Ermənistanın və erməni cəmiyyətinin xarici siyasi planlarına düzəlişlər gətirmək cəhdləri arta bilər.

Ermənistan isə hazırda guya  çox vektorlu siyasət işlətməyə çalışsa da bu real siyasətdə özünü göstərmir.

ABŞ-ın guya Ermənistana öz geopolitik orintasiyasını dəyişdirmək, xüsusilə Qarabağ problemi ilə bağlı təzyiq göstərməsi fikri isə Ermənistan hakimiyyətinin uydurmasından başqa bir şey deyil. 

ABŞ-ın Ermənistanı NATO-ya çəkmək fikri də yoxdur.

Ermənistan ABŞ üçün Cənubi Qafqazda nəzarəti tam ələ aldıqdan sonra tam şəkildə istifadə oluna biləcək rezerv-dövlət kimi baxılır. Daha artıq şeyə nə hacət?

2016-cı il Ermənistan üçün əsl açılış ilinə çevrilsə də İrəvan öz "partnyorları”na heç bir təsir göstərə bilmədi. Əksinə, aprel müharibəsindən sonra İrəvan Rusiyadan daha vassal vəziyyətə düşdü.

Son 8 ildə  Rusiya müharibə halında ola biləcək bütün ssenariləri incələyərək Cənubi Qafqazda baş verəcək müharibənin istənilən halda onun üçün təhlükəsiz olacağını başa düşdü. Lakin Rusiyaya bu müharibədəki məsuliyyətindən yayınmaq üçün bir sıra üsullara ehtiyacı var.

Buna görə də Ermənistan KTMT ilə münasibətlərini sıfırlatma və onu təşkilatın məqsədiləri xaricinə çıxarmaq lazımdır. 

Belə ki Aprel döyüşlərindən sonra ruslar Ermənistanın döyüş təcrübəsinə malik hərbçilərin, hər şeydən öncə müdafiə naziri və baş qərargah rəisinin hərbi komandanlığın başından getməsində israr etdilər.

Ermənistanın müdafiə naziri vəzifəsinə isə "feldmarşal rütbəsində görkəmli erməni sərkərdəsi gətirildi. (Muradyan 2001-2003-cü illərdə müdafiə nazirinin referenti (köməkçi) vəzifəsini icra edən indiki müdafiə naziri Vigen Sərkisyana lağ edir-red.)

Məhz bu "sərkərdə” növbəti müharibədən sonra  Ermənistanı "fəxri kapitulyasiya” aparıb çıxaracaq".

Administratorla əlaqə

077 611-55-22

[email protected]