Avto
Beynəlxalq Avtovağzaldan bayram günlərində 51 mindən çox sərnişin daşınıb
2-01-2017, 17:16
Bakı Beynəlxalq Avtovağzalından 28-29-30-31 dekabr tarixlərində 1957 reyslə 51349 sərnişin daşınıb.
Xeberman.com-un xəbərinə görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızıməlumat verib.
Onun sözlərinə görə, ən çox sərnişin sayı 30 dekabr tarixində müşahidə olunub:
"Dekabr ayının 30-da Bakı Beynəlxalq Avtovağzalında 608 reyslə 16 525 sərnişin daşınması həyata keçirilib”, - deyə Ş.Mehmanqızı bildirib.