Gündəm

Səngəçalda qaz kəmərində yenidən partlayış

2-01-2017, 11:37

Səngəçalda qaz kəmərində yenidən partlayış2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən  Xeberman.com-a verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]