Ölkə

Buzovnadakı 26 saylı məktəbdə pullu yeni il şənliyi

2-01-2017, 00:24

Təhsil naziir Mikayıl Cabbarovun qoyduğu qadağalara baxmayaraq orta məktəblərdə pul yığımı davam edir. İlin bütün aylarında müxtəlif tədbirlər adı altında (fond pulu, xadimə pulu, süpürgə pulu, direktor pulu və zavuç pulu) direktorların öz əlalatıları sayılan müavinləri vasitəsilə külli miqdarda pul yığımları baş verir.


Bakı şəhərində belə məktəblərdən biri və ən babırçısı Buzovadaı İftixar Tağıyev adına 26 saylı tam orta məktəbdir. Məkətbin direktoru Natiq Səmədov nə prezident İlham Əliyevin , nə də nazir Mikayıl Cabbarovun tapşırıq və fərmanlarına əməl etmir. Əsasən ibtidai siniflərdə pul yığımının biabırçı hal aldığını qeyd edən narazı valideynlər Bizimesr.az-a bildirib ki, Natiq Səmədov bu işləri müavini Esmira Əliyeva vasitəsi ilə həyata keçirir. 


Kimdir Esmira "müəllimə"? Təhsil sisteminə necə düşüb? Direktorun təlim-tərbiyə işləri üzrə müavini, yoxsa müəllim və valideynlərin pul qənimi?


Esmira Əliyeva barəsində olan rəsmi dosyedə yazılır...


Fənn: Ana dili, Fiziki tərbiyə, Həyat bilgisi, İnformatika, Musiqi, Riyaziyyat, Təsviri incəsənət, Texnologiya, Şahmat
Bitirdiyi təhsil müəssisəsi: Sabir adına Pedaqoji TexnikomTəvəllüd: 02.11.1958
İlk fəaliyyət ili: 01.09.2001


Əliyeva Esmira Əbdüləli qizi 1958-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1978-ci ildə M.Ə.Sabir adina Bakı Pedaqoji məktəbini əmək və rəsmxət fakultəsini bitirmişdir.1995-ci ildən 26№li məktəbdə ibtidai sinif müəllimi işləyib, 2001-ci ildən etibarən təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. 2010-cu ildə Təhsil nazirliyi tərəfindən təşkil olunmuş "Öyrədənlərin öyrədəni” kursundan keçərək "Təlimçi” adını almışdır. 

 

Fikir verdiyiniz kimi Esmira Əliyevanın iş fəaliyyəti ilə bağlı yazılmış məlumatlarda ciddi şəkildə şişirtmələr və yalanlar var.


Qeyd olunur ki, 1978-ci ildə Pedoqoji məktəbi (indi bu peşə məktəbi sayılır) bitirən direktor müavinin ilk fəaliyyət ili 2001-ci il göstərilir. Bu barədə geniş araşdırma yazımız hazırlanmaqdadır. 
Bizimesr.az-ın əldə etdiyi məlumata görə Esmira Buzovnadakı fabriklərin birində tikişçi işləyib... 


İndi isə , daha doğrusu uzun illərdir bu məktəbdə valideynlərin müəllimlər vasitəsilə tora salıb pul yığımaqla məşğuldur. Əldə etdiyimiz məlumata görə Esmira Əliyeva  ibtidai siniflərdən yığdığı pulun 30 faizini Natiq Səmədova verir. Nəzərə alsaq ki, ibtidai siniflərin təhsil aldığı korpusda azı 500 şagird təhsil alır yığılan məbləğin nə qədər olduğunu təsəvvür etmək çətin deyil. Məsələn (yazı hazırlanarkən 26 saylı orta məktəbdə yeni il şənliyi keçirilir) bu gün 26 saylı orta məktəbdə məhz Esmira xanımın nəzarəti və məcburiyyəti ilə ibtidi siniflər üçün yeni il şənliyi təşkil olunub. Bütün ibtidai sinif şagirdlərinin  valideynlərindən 15-20 AZN pul yığılıb. Bir neçə ibtidai sinif müəlliməsi buna etiraz etsə də Esmira xanım ciddi təpki göstərərək həmin müəllimləri razı salıb.

 

Belə ki, 2 və 3-cü sinif şagirdlərini Buzovnadakı R Studio rəhbərliyi ilə danışaraq tədbirə hazırlıq rəqslərini öyrətmək üçün 2 günlük "məşqlər"  keçiirlib. Buna görə hər valideyndən  10 AZN pul istənilib. ART klub-a isə hər sinif üçün cəmi 100 AZN pul ödənilib. Bütün bunların başında təbii ki, həmişə olduğu kimi Esmira dayanır.


Təəsüflər olsun ki, 26 sayl orta məktəbdə baş verən bu biabırçılıq illərdir davam edir. Misir Mərdanovun kadrı olan Natiq Səmədov Bakı Şəhər Təhsil idarəsindəki adamına hər ay yığılan rüşvətdən "xərac 2 verdiyi üçün bu əməllərini davam etdirir.


Tam əminliklə demək olar ki, Natiq Səmədovun bu əməlllərinin fonunda nazir Mikayıl Cabbarovun onu vəzifədən uzaqlaşdırmaq kimi imkanları sıfıra bərabərdir. Tərbiyəsizlik etdiyi üçün nazirin əmri ilə məktəbdən qovulan  Lamiyə Babayeva yenidən məhz Mikayıl Cabbarovun əmri ilə 26 saylı orta məktəbə , məhz Natiq Səmədovun xahişi ilə işə götürülüb. Mikayıl Cabbarovun müavinlərindən biri ilə yaxın təmasda olan Lamiyə Babayeva hər gün 26 saylı məktəbin direktoru olmaq üçün irəliləyir. Yaxın günlərdə məktəbin direktor müavini təyin olunacağı gözlənilən Babayevanın qısa müddətdən sonra direktor olacağı istisna edilmir.


Mənbələr bildirir ki, Natiq Səmədovun məktəbdən yığılan pullarla hər gün güclənməsinin özəl səbəbləri var. Səmədov Xəzər rayon təhsil şöbəsinin müdiri olmaq üçün uzun illərdir çalışır. İşində yol verdiyi nöqsanlara görə Natiq Səmədov vəzifədən uzaqlaşdırılıb. Daha sonra isə 26 saylı məktəbə direktor təyin olunub. 


Bizimesr.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]