Siyasət

Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub

1-01-2017, 18:18
Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olubQazaxıstan bu gündən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.
 
Xeberman.com-un verdiyi məlumata görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq.
 
Bu gün BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın bayrağı asılıb, Təhlükəsizlik Şurasının zalındakı stola "Qazaxıstan” lövhəsi qoyulub. Bununla da Qazaxıstan Mərkəzi Asiya ölkələri sırasında MT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan ilk ölkə olub.
 
Qeyd edək ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixdə keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]