Xarici ölkələrin orden və medallarını alan nazirlər – SİYAHI

  • 21:55, 31-dek-2016
  • Siyasət
  • 200

Xarici ölkələrin orden və medallarını alan nazirlər – SİYAHI

Son illərdə  azərbaycanlı nazirlər ölkəmiz ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə həmin ölkələrin müxtəlif dövlət mükafatları, orden və medalları ilə təltif olunublar.

Xeberman.com Modern.az saytına istinadən Azərbaycan nazirlərinin qazandığı mükafatları təqdim edir.
 
Baş nazir Artur Rəsizadə - Fransanın Şərəf Legionu Ordeni və Belarusun "Xalqlar Dostluğu” ordeni ilə mükafatlandırılıb. Hökumət başçısı bu mükafatlara ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Xarici işlər naziri Elmar Məmmədyarov - Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "demokratiya uğrunda səylərinə görə Ali komandor" ,  2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Komandor” ordeni ilə təltif edilib.

Daxili İşlər naziri Ramil Usubov - 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit” ordeni, 2007-ci il aprelin 19-da Rusiyanın «Döyüş həmrəyliyinə görə» medalı ilə təltif olunub.

Nəqliyyat naziri Ziya Məmmədov - Rusiya Federasiyası Nəqliyyat Naziriyinin "Fəxri dəmiryolçu” mükafatı,  Rusiya Federasiyası Dərbənd şəhərinin "Fəxri vətəndaşı” adına layiq görülüb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov - Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti doktor Çunq Vo Çonun təşəkkür diplomu, Rusiya FHN-i tərəfindən "Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı” ilə təltif edilib.

Təhsil naziri Mikayıl Cabbarov – Gürcüstan paytaxtı Tbilisinin fəxri sakini adına layiq görülüb. O, bu adı 2009-cu ilin oktyabrında Tbilisi meri Georgi Uqulava və şəhər məclisinin qərarı ilə qəbul etmişdi.

Baş nazirin müavini Yaqub Eyyubov 2016-cı ilin martında Rusiya baş naziri Dmitri Medvedev tərəfindən "Dostluq” ordeni ilə mükafatlandırılıb. Bu mükafat ona ikitərəfli iqtisadi və dostluq əlaqələrinin inkişafındakı xidmətlərindən dolayı verilib.

Energetika naziri Natiq Əliyev  Müstəqil Dövlətlər Birliyinin "Əməkdar energetiki” fəxri adı, Gürcüstanın "Şərəf ” ordeni, Fransanın "Milli Fəxri Legion” ordeni, Polşanın "Böyük Komandor Xaçı” ordeni, Qazaxıstanın "Kurmet” ordeni, "Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı, Beynəlxalq Akademiyaların orden və medalları, "Beynəlxalq münasibətlərdə Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu” ilə təltif olunub.




OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz