Qadınların immun sistemi daha zəifdir?

  • 18:01, 31-dek-2016
  • Yaşam
  • 133

"The İndependent” yazır ki, əgər əvvəllər kimsə qadınların kişilərdən çox xəstələndiklərini desəydi, onu seksist hesab edərdilər. Lakin indi elmi araşdırma bunun həqiqət olduğunu və niyə belə olduğunu aşkar edib.

Statistikaya görə pullu dəmrov, Kron xəstəliyi, revmatoid artrit kimi avtoimmunitet xəstələrinin 80 faizi qadınlardır. Bu xəstəliklər zamanı insan orqanizminin immun sistemi səhvən onun sağlam toxumalarına hücum edir.

Bundan əvvəl aparılan araşdırmalarda əsas diqqət cinsi hormonlar məsələsinə yönəldilirdi. Lakin indi Michigan Universitetinin alimləri məsələyə qadın və kişilərin genetik fərqləri baxımından yanaşıblar.

Alimlər 82 sağlam kişi və qadının genetik materialını təhlil etdikdən sonra bu qənaətə gəliblər ki, cinslər arasındakı genetik ifadə fərqləri heyrətamizdir.

Araşdırmaya başçılıq etmiş professor Yun Liang deyib ki, qadın və kişilərdə müxtəlif ifadəyə malik 661 gen aşkar edilib və bu genlərin əksəriyyəti məhz immun sistemi ilə bağlıdır.

Bu isə o deməkdir ki, qadınlar immun sistemi ilə bağlı kişilərlə müqayisədə son dərəcə böyük risklə üzləşirlər.




OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz