Mədəniyyət

Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub – FOTO

31-12-2016, 03:09

Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub – FOTOTürkiyənin İzmir şəhərində keçirilən Dünya Qarapapaq Türk İş Adamları Birliyinin rəsmi qurultayına dəvət olunan azərbaycanlı müğənni Rövşən Civişov hər kəsi heyran edib.

Xeberman.com-un məlumatına görə, R.Civişov tədbirdə ifa etdiyi sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova məxsus olan "Çırpınırdı Qara dəniz” mahnısı çox böyük rəğbətlə qarşılanıb. Müğənni çıxışıyla tamaşaçıların diqqətini cəlb edib.

"Dekabrın 24-də təşkil olunan tədbirdə müğənni qismində Azərbaycandan dəvət olunan tək mən idim. Buna baxmayaraq, mənimlə bərabər tarixçi, professor Kərəm Məmmədov, şairələr Nazilə Səfərli, Səadət Buta, Zöhrə Xəlili, Zöhrə Novruzqızı, aşıqlar Aşıq Cığatel, Aşıq Nəsib və Aşıq Aidə Gülzar, o cümlədən Türk dünyasından bir cox məşhur aşıqlar qurultayda iştirak ediblər.

Bizi bu gecəyə Dünya Qarapapaq Türk İs Adamları Birliyinin sədri Seyfullah Türksoy dəvət edib. Seyfullah bəyə dərin təşəkkürümüzü bildiririk!

Bu möhtəşəm gecədə mənimlə yanaşı, digər adını çəkdiyim şəxslər Türk dünyasındakı xidmətlərimizə görə DQTİAB xüsusi mükafatına layiq görüldük.”, - R.Civişov deyib.

Qeyd edək ki, DQTİAB hər il silsilə tədbirlər keçirir və türkdilli ölkədlərdən nümayəndələr dəvət edir. Təşkilat Azərbaycandan müğənni Rövşən Civişovu tədbirlərinə fəxri qonaq qismində iştirakını təmin edir.

Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub – FOTO
Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub – FOTO
Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub – FOTO
Azərbaycanlı müğənni Türkiyədə böyük marağa səbəb olub – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]