Siyasət

“2017-ci ildə cəbhədə genişmiqyaslı silahlı toqquşmalar baş verə bilər “– Deputatdan AÇIQLAMA

30-12-2016, 21:38
“2017-ci ildə cəbhədə genişmiqyaslı silahlı toqquşmalar baş verə bilər “– Deputatdan AÇIQLAMA
"Cəbhə xəttindəki hər güllə ATƏT-ə, onun nüfuzna atılır”.

Bu fikirləri Unikal.org-a Milli Məclisin Müdafiə Təhülkəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin üzvü Zahid Oruc bu gün Azərbaycan Ermənistan sərhəddində toqquşmalara münaisbət bildirərkən deyib. O, qeyd edib ki, proseslər 2017-ci ildə daha genişmiqyaslı silahlı toqquşmaların baş verə biləcəyini göstərir:

"Əslində cəbhə xəttində deyil, sərhəddə baş verən bu hadisə sübut edir ki, Azərbaycanın bütün sərhəddi təmas xəttidir, döyüş bölgəsidir. 2016-cı ildə danışıqların sanki dayanması, prosesləri hərbi müstəviyə keçirdi. Bundan sonra diqqətlər diplomatların deyil, silahların döyüşündən nəticə gözələməyə yönəldi. ATƏT Minsk Qrupu formatı iflasa uğrmış oldu. Cəbhə xəttindəki hər güllə ATƏT-ə, onun nüfuzna atılır. Bu illər ərzində yaradıcı bir addımların atılması üçün hansısa sənədlər ortalığa qoyulmadı və xüsusi olaraq Ermənistanın üzərində sanksiyalar hiss edilmədi. Reallıqda isə Azərbaycan ona atılan gülləyə qarşılıq verir, zərbə vurur. Bu da onları narhat edir. Digər ərazilərdəki lokal döyüşlər 2017-ci ildə daha genişmiqyaslı silahlı toqquşmalar baş verə biləcəyini göstərir. Qarabağ savaşında ortada hər hansı bir qoruyucu qüvvələr, sülhməramlı dəstələr mövcud olmadığından toqquşmalar baş verə bilər. İtkilərlə bağlı Ermənistan tərəfi yenə də şişiridilmiş rəqəmlər yayır. Aprel döyüşlərində də bizə qarşı həmin texnologiyanı tətbiq etdilər".
Kollektiv Təhlükəsizliyi Erəmnistan qazana bilmədiyinə görə, bizi təxribata çəkib Rusiyaya və digər ölkələrə təhlükədə olduqlarını göstərmək istəyirlərsə, çox yanılırlar. Sarkisyan axırıncı tədbirdəki çıxışında demişdir ki, Azərbaycandan atılan güllələr Minskə, Düşənbəyə Moskvaya qarşı. Ona sadə cavab vermək mümkün idi ki, bizim ölkəmiz Belarusa, Qazaxıstana və digərinə niyə təhlükə törətsin? Nə vaxtdan Ermənistan Qazaxıstanın təhlükəsizliyinin tərkib hissəsi olub? Azərbaycanı Naxçıvandan Gədəbəyədək döyüş bölgəsinə çevirmək istəyirlər ki, Rusiya Ermənistanın təhlükəsizliyini qorusun”.

Millət vəkili Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Azərbaycanı təxribatçı kimi qiyjmətləndirməsinə də fikir bildirib:
"Əslində Bordyuja yaxşı bilir ki, ölkəmizdəki bütün hərbi cinahlarda Rusiya silahlarıdır. Ortaya belə bir sual çıxır? Rusiya bizə silah və texnikanı niyə satıb? Mühüm təhlükə anlarında onları istifadə etməyəcəyiksə, onların təyinatı və məqsədi nədir? Bordyuja yaxşı bilir ki, Putin reaallıqda nə düşünür. Aprel döyüşləri ərəfəsində Ermənistanın içindəki antirusiya meylləri çox inkişaf etmişdi. Onlar himayəçilər axtarırdırlar, Putin əleyhinə aksiyalar keçirirdirlər. Ona görə də, Şimal qonşumuz Azərbaycan vasitəsi ilə ermənilərə dərs verir və onları çərçivədə saxlayır. Hansısa təxribatları Azərbaycanın ayağına yazmaq istəyən dairələr çox yaxşı bilirlər ki, Bordyuja Putinin tapşırığı olmadan sona qədər erməniləri müdafiə etməyəcək. Çünki, həqiqətlər ortadadır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]