Ölkə

Binəqədi Ağac Emalı ASC-də jurnalist səhmdarı döyüb, 3 saat girov saxlayıblar!

30-12-2016, 19:44
Binəqədi Ağac Emalı ASC-də jurnalist səhmdarı döyüb, 3 saat girov saxlayıblar!

Binəqədi Ağac Emalı ASC-nin İdarə Heyətinin sədri Səxavət Novruzov bu gün bu ASC-nin kiçik səhmdarı, jurnalist Kəmalə Kərimlini təhqir edib, vurub və 3 saat bir otaqda saxlayaraq, azadlığını məhdudlaşdırıb, telefonunu da əlindən alaraq, şikayət etməsinə imkan verməyib. Bu barədə "AzPolitika”ya saatlarla çəkən fiziki və psixoloji təzyiqlərdən sonra sərbəst buraxılan K.Kərimli özü məlumat verib.

Kiçik səhmdar bildirib ki, İH sədri faktiki olaraq 3 saat onu girov saxlayıb, onu həbs etdirəcəyi ilə hədələyib, otağına çağırdığı mülki geyimli bir şəxsi polis kimi təqdim edərək, onu təhdid edib. Bütün bunlar K.Kərimli səhmdarı olduğu ASC-dən haqqını tələb etmək üçün İH sədrinin iş yerinə getdiyi zaman baş verib.
"ASC-nin 99% nəzarət səhm paketinin sahibi Saleh Məmmədovdur. O, Səxavət Novruzovu İdarə Heyətinə sədri təyin edəndən sonra səhmdarların illik ümumi yığıncağını keçirmədən, səhmdarlara bildiriş göndərmədən, saxta protokol tərtib edərək, mənim mülkiyyət hüququmu kobud şəkildə pozub.
Dəfələrlə ASC-nin inzibati binasına gələrək, cəmiyyətin illik gəliri haqqında məlumat istəyərkən məni bir nüfuzlu xanımın adı ilə hədələyib.
Cəmiyyətin ərazidində çoxlu sayda sexlər fəaliyyət göstdiyi halda mənfəət tələb edərkən bildirdi ki, sizin burda heç nəyiniz yoxdur. Binəqədi Ağac Emalı ASC-nin ərazisini Saleh Məmmədov satıb. Sizin burda heç nəyiniz qalmayıb.
Sentyabr ayında Səxavət Novruzova müraciət etdim ki, səhmdarların illik iclasını nə vaxt keçirəcəksiniz. Mənə bildirdi ki, "Respublika” qəzetində elan vermişəm, zəhmət çəkib qəzetdən oxuyardın. Xatırladım ki, səhmdar cəmiyyətlər haqqında qanuna görə iclasdan 1 ay əvvəl hər bir səhmdara bildiriş göndərilməlidir”.

IMG-20161230-WA0010

K.Kərimli deyir ki, bu gün bu məsələləri aydınlaşdırmaq üçün qarşı tərəfin dəvəti ilə ora gedib. "İçəri girən kimi məni küçə söyüşlərilə təhqir etdi ki, niyə buranın şəklini çəkmisən. Mən bildirdim ki, burda qeyri-qanuni heçnə yoxdur. Mən ASC-nin səhmdarlarından, yəni sahiblərindən biriyəm, öz əmlakımın şəklini çəkmək haqqım yoxdur? Bundan sonra məni öz otağına həbs edib, polisə zəng etməyə imkan vermədən küçə söyüşlərilə təhqir etdi. Zorla cibimə pul basmağa çalışdı ki, səni bunlarla həbs etdirəcəyəm. Hətta hədələyirdi ki, bu pulu götürməsən sənə baha başa gələcək”.

IMG-20161230-WA0002

K.Kərimli deyir ki, İH sədri öz adamlarını çağıraraq hansısa aktlar tərtib etməyə başlayıb: "Sonra kiminləsə telefonla danışaraq özünə sərf edən ifadələrlə mənə hədə-qorxu gəldi ki, telefonundakı şəkilləri silməsən deyəcəm ki, mənim telefonumu sındırıb, mənə külqabı tullayıb. Elə bu mövzuda hətta Eldənizə da akt yazdırdı. Gördüm bunun məni buraxmaq niyyəti yoxdur, intihar edəcəyimi bildirdim. Bundan sonra məni buraxdı”.

3 saatdan artıq davam edən fiziki-psixoloji təzyiqlərdən sonra isə S.Novruzov K.Kərimliyə 50 manat təklif edib ki, heç yerə şikayət etməsin. Bundan sonra onu sərbəst buraxıb. "Ümumiyyətlə bu şəxs həmişə məni şantaj edib, həbs etdirməklə hədələyərək, ASC-nin ərazisinə daxil olmağa icazə verməyib. Halbuki, cəmiyyətin ərazisində hansı işlərin getdiyi, neçə icarəçinin olduğu barədə məlumat almaq səhmdar kimi mənim hüququmdur”.

IMG-20161230-WA0003 (1)

K.Kərimli bildirib ki, DİN-in 102 xidmətinə İH sədrinin onu 3 saat girov saxlayaraq, mənəvi-fiziki təzyiqlərə məruz qoyması ilə bağlı şikayət edib.

Baş verənlərlə bağlı qarşı tərəfin – Səxavət Novruzovun mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Bununla belə onu dinləməyə hazır olduğumuzu bildiririk.

V.Nəsibov
AzPolitika.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]