Gündəm

QMİ-nin sabiq sektor müdirinə 10 il həbs cəzası verildi

30-12-2016, 19:37
QMİ-nin sabiq sektor müdirinə 10 il həbs cəzası verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub.
Məhkəmənin höküm ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]