Ölkə / Foto Fakt

İtkin düşən neftçilərin yaxınları axtarışların gedişi ilə tanış olublar

30-12-2016, 00:59
İtkin düşən neftçilərin yaxınları axtarışların gedişi ilə tanış olublarSOCAR-ın "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzində yaradılan axtarış-xilasetmə qərargahında olublar.
 
ARDDA-nın mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, qərargahda qeyd edilib ki, axtarış əməliyyatları, fasiləsiz həyata keçirilən tədbirlər dövlət başçısının daim diqqətindədir və prezidentin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, ARDDA, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı İtkin düşən neftçilərin yaxınları axtarışların gedişi ilə tanış olublarmütəxəssislərindən ibarət tərkibi, axtarışlarda iştirak edən hər bir nümayəndə, təmsil olunduqları qurumlara məxsus müasir tələblərə cavab verən maddi texniki baza istifadə olunmaqla, neftçilərin tezliklə tapılması üçün səylərini səfərbər ediblər.
 
Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış-izləmə sistemlərinin quraşdırıldığını vurğulayan ARDDA-nın rəisi Qüdrət Qurbanov hadisənin baş verdiyi rayonda hava şəraitinin, küləyin, sualtı və suüstü axıntıların istiqamətinin, sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilərək, əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirildiyini deyib. O vurğulayıb ki, axtarış-xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə İtkin düşən neftçilərin yaxınları axtarışların gedişi ilə tanış olublaryerində tanış olmaq imkanını yaratmağa daim hazırdır.
 
İtkin düşən neftçilərin ailə üzvləri "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin "Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, FHN-in Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov” "Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi oldular.
 
Neftçilərin ailə üzvləri axtarış əməliyyatlarının gedişatını mütəxəssislərlə birgə izləyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]